Ukrayna prezidenti Volodimir Zelenskİ ABŞ-nin keçmiş prezidenti Donald Trampı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı sülh formulunu açıq şəkildə təqdim etməyə çağırıb.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, o, belə bir sülh planında qırmızı xətlərin olduğunu vurğulayıb. Buna görə də Zelenski Trampa xəbərdarlıq edib ki, ərazilərin verilməsini nəzərdə tutan plana baxılmayacaq.

"İdeya ərazimizin bir hissəsini almaq və onu Putinə verməkdirsə, deməli, bu, sülhün formulu deyil", - deyə Ukrayna prezidenti bildirib.

Ağarza Elçinoğlu