Ermənistanda etiraz aksiyaları davam edir və yaralananların sayı artıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin binasının qarşısında keçirilən etiraz aksiyası zamanı yaralananların sayı 36-ya çatıb.

Yaralananlardan bir hissəsi xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyalarında 16 nəfər tutulub. Onlardan 11 nəfər hökumət binasının qarşısında, 5 nəfər isə Rusiyanın İrəvandakı səfirliyinin qarşısında saxlanılıb.