Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib.

“Unikal” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə bildirib.

O qeyd edib ki, lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi günlərdə bəzi sosial media hesablarında Silahlı Qüvvələrimizə yardım adı altında əhaliyə çağırış edirlər:

"Vətəndaşlardan müxtəlif yardım kampaniyalarına qoşulmaları, o cümlədən pul və ərzaq istənilir. Müdafiə Nazirlili rəsmi olaraq vətəndaşları belə çağırışlara reaksiya verməməyi tövsiyə edir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, həmçinin ərzaq və digər təminatının daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilib".