Suriya lideri Bəşər Əsəd ölkəsində vətəndaş müharibəsi başlayandan bəri ilk səfərini Çinə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə  "Associated Press" məlumat yayıb. 

Bildirilir ki, Suriya lideri sammit üçün Çin prezidenti Si Cinpindən dəvət alıb və cümə axşamı yüksək səviyyəli nümayəndə heyəti ilə Pekinə gedəcək.

Əsəd son illərdə Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Omana səfərlər edib.

Qeyd edək ki, Əsədin Çinə sonuncu və yeganə səfəri 2004-cü ildə, ABŞ-ın qonşu İraqı işğal etməsindən bir il sonra olub. 

Gülayə Mecid