İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Baş Assambleyasının iclası zamanı mobil telefonla futbol izləyib.

"Unikal" xəbər verir ki, bu barədə İranın teleqram kanalları məlumat yayıb. 

Xatırladaq ki,  ötən gün Asiya Çempionlar Liqasının növbəti turu çərçivəsində İranın “Persepolis” klubu Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasını qəbul edib. Görüş 2-0 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb.