İstanbulda 2 il əvvəl qətlə yetirilən azərbaycanlı "qanuni oğru"  Nadir Səlifovun bacısı oğlunu aparan avtomobil silahlı hücuma məruz qalıb.  

"Unikal" xəbər verir ki,  hücum zamanı avtomobildə olan təqaüdçü polis həlak olub. Səlifovun bacısı oğlu Maqamet Qurbanov və daha iki nəfər yaralanıb.

Belə ki,  Qurbanovun olduğu avtomobil naməlum şəxslərin idarə etdiyi başqa bir avtomobil tərəfindən izlənilib. Bir müddət sonra həmin şəxslər avtomobilə yaxınlaşaraq yan tərəfdən atəş açmağa başlayıblar.

Silahlı hücuma məruz qalan və 19 güllə dəymiş nəqliyyat vasitəsi yol nişanı dirəyinə çırpılaraq dayanıb. Qəzadan sonra hücum edənlər insanlara atəş açmağa davam ediblər. Daha sonra şübhəlilər avtomobilləri ilə hadisə yerindən qaçaraq gözdən itiblər.

Hazırda polis araşdırma aparır. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. 

Qeyd edək ki, “Lotu Quli" ləqəbli Nadir Səlifov 2020-ci il avqustun 20-də Türkiyənin Antalya şəhərində birlikdə şam yeməyi yediyi dostu "Xan Əhmədlinski" tərəfindən  öldürülüb.

Gülayə Mecid