"Ermənistan müxalifəti bu gün saat 19:00-da Yerevanda kütləvi aksiya keçirməyi planlaşdırır".

"Unikal" Ermənistan mətbuatına istinadən  xəbər verir ki, bu barədə məlumatı “Anamız Ermənistan” partiyasının sədri Andronik Tevonyan verib.

“Aksiya çox kütləvi olmalıdır ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti istefaya göndərək və yeni hökumət formalaşdıraq”, - Tevonyan bildirib.

Partiya sədri qeyd edib ki, bu gün müxalifətin ən başlıca məqsədi N.Paşinyanı istefaya göndərməkdən ibarət olmalıdır.

Ermənistanın “Qraparak” qəzetinin elektron variantı da N. Paşinyanın Müdafiə Nazirliyində gizləndiyi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, N. Paşinyan yaxın adamları ilə birlikdə Müdafiə Nazirliyinin bunkerində gizlənib. Baş nazirin ailəsi isə təhlükə duyduğu üçün paytaxtı tərk edib.