Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə danışıqlar zamanı Cənubi Qafqazda “3+3” formatında əməkdaşlığa sadiq olduğunu təsdiqləyib.

"Unikal" xəbər verir  ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. 

Şoyqu həmkarı ilə həmrəy olduğunu bildirib və  əlavə edib ki, “3+3” formatı Qafqaz regionunda problemlərin sülh yolu ilə həlli üçün ən yaxşı yoldur. Rusiya Müdafiə Nazirliyinin rəhbəri də Qafqazda baş verən son hadisələrlə bağlı İslam Respublikasının mövqeyini dəstəkləyib və üçüncü ölkələrin regionda olmasını tənqid edib.

General öz növbəsində bildirib ki, Qafqaz regionu ölkələrinin ərazi bütövlüyünün qorunması İran üçün qırmızı xətlərdən biridir. O, həmçinin Rusiya Federasiyası ilə, o cümlədən Yaxın Şərqdə terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq təcrübəsini yüksək qiymətləndirib.  

Gülayə Mecid