“Erməni xalqının bütün milli satqınları xaricdəki himayədarları ilə birlikdə cəhənnəmə göndəriləcək”.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin köməkçisi Oleq Osipov bildirib.

Onun sözlərinə görə, Rusiya həmişə Ermənistanın mövcudluğunun qarantı olub və bu, belə də qalacaq.

“Erməni xalqına qarşı gələn bütün yerli və milli satqınlar xaricdəki himayədarları ilə birlikdə cəhənnəmə göndəriləcək”, - deyə Oleq Osipov bildirib.