Özbəkistan Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzmini alqışlayır. 

"Unikal" xəbər verir ki, bunu Özbəkistan Senatının (parlamentin yuxarı palatası) birinci vitse-spikeri Sadıq Səfayev deyib.

"Biz Azərbaycanın bütün sahələrdə, xüsusilə ərazi bütövlüyünün və ədalətin bərpasında əldə etdiyi nailiyyətlərdən məmnunuq. Biz Azərbaycanın ədalətli mübarizəsini dəstəkləyirik və bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin və xalqının ərazi bütövlüyünü bərpa etmək və qorumaq əzmini alqışlayırıq", - deyə iyasətçi qeyd edib. 

O, Azərbaycanın tezliklə Qarabağı bərpa edəcəyinə əminliyini ifadə edib: "Əminəm ki, Azərbaycan tezliklə Qarabağı dünyanın ən cənnət guşələrindən birinə çevirəcək, Şuşa qucağını açacaq və onun gözəlliklərindən həzz alması üçün dünyanın hər yerindən gələn qonaqları qəbul edəcək". 

Ağarza Elçinoğlu