Volodimir Zelenskinin BMT Baş Assambleyasında Polşanın taxıl tədarükünə mane olması barədə sözlərindən sonra Ukrayna səfiri Vasili Zvariç Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat dərc edib. 

"Sentyabrın 20-də Ukraynanın Polşadakı səfiri V.Zvariç təcili olaraq Xarici İşlər Nazirliyinə çağırılıb", - deyə məlumatda qeyd olunub. 

XİN rəhbərinin müavini Pavel Yablonski diplomata Zelenskinin BMT Baş Assambleyasında səsləndirdiyi ifadə ilə bağlı Polşa tərəfinin qəti etirazını çatdırıb.

Ağarza Elçinoğlu