Sentyabrın 19-da Ermənistanda hökumət binası qarşısında baş verən aksiyada konstitusiya quruluşunu devirməyə çağırış edən 4 nəfər həbs edilib. Onlar qanunsuz soyuq silah gəzdirməkdə şübhəli bilinir

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə sosial şəbəkələrdə ictimai zorakılığın tətbiqi, zorakılığa bəraət qazandırmaq, habelə konstitusiya quruluşunu devirməyə yönəlmiş çağırışlar edildiyinə görə, 7 cinayət işi başlanıb. 
Bundan başqa, hökumət binası qarşısında keçirilən kütləvi aksiya zamanı qanunsuz silah gəzdirməkdə əsaslı şübhə ilə 3 vətəndaş respublika meydanından və ona bitişik ərazilərdən tutularaq şöbəyə aparılıb.