Rsiyanın Balaşixa bölgəsində qaz partlayışı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, Moskva vilayətinin tibb xidmətləri məlumat verib. 

Onun sözlərinə görə, 8 nəfər xəstəxanaya yerləşdirilib, daha 12 nəfərə ambulator yardım göstərilib.

Operativ qərargahın məlumatına görə, 50-si uşaq olmaqla 170 nəfər təxliyə edilib. “Hazırda 48 nəfər yerli istirahət mərkəzində, daha 26 nəfər otellərdə yerləşdirilib, qalanları qohumlarının yanına gedib”.

Hazırda hadisə yerində dağıntıların təmizlənməsi və tikinti tullantılarının çıxarılması işləri davam etdirilir.