Avstriyalı "Şturm"un yarımmüdafiəçisi Javi Serrano məşq zamanı arı udduğu üçün qarşıdan gələn Avropa Liqasının "Sportinq"lə oyunu buraxacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Kleine Zeitung" məlumat yayıb .

Mənbənin sözlərinə görə, futbolçu xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və boğazındakı şişkinliyi aradan qaldırmaq üçün buz qoyulub. 

"Şturm" - "Sportinq" matçı sentyabrın 21-də keçiriləcək. 

Avstriya çempionatının bu mövsümündə Serrano 3 matçda iştirak edib. Transfermarkt portalının məlumatına görə, Serranonun bazar dəyəri 700 min avrodur.Onun Şturm ilə müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.