İran Rusiyanın vasitəçiliyi ilə Qarabağda atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıb.

"Unikal" xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani hər iki tərəfi fikir ayrılıqlarının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində “dialoq və sülh mexanizmləri” ilə həllinə diqqət yetirməyə çağırıb.

Onun sözlərinə görə, müharibə dağıntı və nifrətin yayılmasından başqa heç bir nəticə vermir, regionun sabitliyini və təhlükəsizliyini təhdid edir. Razılaşmanı alqışlayan diplomat bölgədə hərbi əməliyyatların davam etdirilməsi üçün artıq heç bir əsasın olmadığını bildirib və bölgədə daha müharibələrin olmayacağına ümid etdiyini bildirib.

Gülayə Mecid