"Biz artıq Ukraynaya heç bir silah ötürmürük, ona görə ki, özümüzü indi ən müasir silahlarla silahlandırırıq".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.
O, həmçinin “sülh istəyirsənsə, müharibəyə hazırlaş” prinsipini xatırladıb. Bu, taxıl embarqosu səbəbindən Polşa-Ukrayna münasibətlərinin soyuması fonunda baş verib.
Polşa Nazirlər Kabinetinin rəhbəri bildirib ki, yüksək vəzifəli məmurların və Ukrayna liderinin son bəyanatlarından sonra Ukrayna ilə münasibətlər hazırda “çətin vəziyyətdədir”.
Gülayə Mecid