Cənubi Koreyaya məxsus KF-16 qırıcı təyyarəsi Seuldan 120 km cənub-qərbdə yerləşən Seosan şəhərində qəzaya uğrayıb.
"Unikal" "Yonhap" agentliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 21-də səhər saatlarında qırıcının bazadan havaya qalxmasından dərhal sonra baş verib.
Qeyd olunub ki, pilot son anda xilas ola bilib. Dinc əhali arasında itkilər barədə məlumat verilmir.
Ağarza Elçinoğlu