Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Paşinyan dünən axşam saatlarında nazirlər kabinetini məhdud tərkibdə toplayıb.
O, heç bir halda hakimiyyəti təhvil verməyəcəyini, nəyin bahasına olursa-olsun özündə saxlayacağını komandaya çatdırıb.
Qeyd edək ki, baş nazir ailəsini təhlükəsizlik səbəbilə Sevandakı bağ evinə göndərib.
Ağarza Elçinoğlu