Bəzi ölkələr sərmayələr vasitəsilə vətəndaşlığa icazə verdiyi halda,digərləri vətəndaşlığın verilməsi şərtlərini getdikcə çətinləşdirir.
"Unikal" 2023-cü ildən etibarən vətəndaşlıq əldə etməyin ən çətin olduğu 10 ölkəni təqdim edir.
Yaponiyanın naturalizasiya tələbləri olduqca sərtdir. Əsas tələblər Yaponiyada ən azı 5 il fasiləsiz yaşamağınız və dürüst davranmağınızdır. Özünüzü dəstəkləməyi bacarmalısınız. Yaponiya hökumətinə qarşı olan heç bir təşkilata bağlı olmamalısınız. İkili vətəndaşlığın olmadığı Yaponiyada dil tələbi gündəlik həyat haqqında bacardığınız qədər çox bilməklə məhdudlaşır.
Şimali Koreyadan vətəndaşlıq almaq üçün Ali Xalq Məclisini razı salmaq lazımdır. Bu ölkədə də ikili vətəndaşlıq yoxdur.
İsveçrədən vətəndaşlıq əldə etmək üçün bu ölkədə ən azı 10 il yaşamalı və C tipli yaşayış icazəniz olmalıdır. Siz həmçinin İsveçrənin milli dillərindən ən azı birini (Alman, Fransız, İtalyan və Romansh) bilməlisiniz. Vətəndaşlığın təsdiqi üçün birdən çox təsdiq orqanından keçməlisiniz.
Küveytdə vətəndaşlıq əldə etmək üçün siz orada ən azı 20 il yaşamalı və ərəb dilində sərbəst danışa bilməlisiniz. Başqa bir şərt də budur ki, sən anadangəlmə və ya müsəlman olmayasan.
Səudiyyə Ərəbistanı vətəndaşlığı üçün bu ölkədə ən azı 10 il yaşamaq və ərəb dilində sərbəst danışa bilmək lazımdır. Sizə həmçinin hər hansı bir cinayətdə adınızın keçib keçmədiyi haqqında raport və ümumi mənəvi vəziyyətinizin qiymətləndirilməsi lazımdır. Son qərarı Daxili İşlər Nazirliyi verir.
Hətta turistlərin girməsinin çətin olduğu Butandan vətəndaşlıq almaq üçün ölkədə ən azı 20 il yaşamalısınız. Siz də bu dövrdə qüsursuz davranmalı və monarxiya əleyhinə danışmamalısınız. Bu şərtlərə əməl etsəniz belə, səlahiyyətlilər sizə vətəndaşlıq verməyə bilər və ya onu verdikdən sonra gələcək kral haqqında mənfi danışdığınız üçün vətəndaşlığınızı ləğv edə bilərlər.
40 min əhalisi olan Lixtenşteyndən vətəndaşlıq almaq üçün bu ölkədə ən azı 30 il yaşamaq lazımdır. Bu müddət nikah və ya ictimai razılığa əsasən 10 ilə endirilə bilər. Lixtenşteyn vətəndaşı ilə evlənsəniz, müddət 5 ilə qədər azaldıla bilər.
Çin qanunlarına görə, hətta qohumluq əlaqələri və ya digər qanuni səbəblər vətəndaşlıq almaq üçün kifayət etməyə bilər. Yaşayış müddəti yoxdur, lakin vətəndaşlıq tələbləri çox mürəkkəbdir.
450 əhalisi olan Vatikanın vətəndaşı olmaq üçün Vatikanda və ya Romada yaşayan kardinal olmaq, Vatikanda diplomat olmaq və ya Vatikandakı Katolik Kilsəsində işləmək lazımdır.
Qətər vətəndaşı olmaq üçün ölkədə ən azı 25 il yaşamaq, ərəb dilini yaxşı bilmək, heç bir cinayət keçmişinin olmaması və yaşamaq üçün kifayət qədər pulunun olması lazımdır. Qətər də ikili vətəndaşlığa icazə vermir. Belə ki, Qətər vətəndaşı olmaq istəyənlər digər vətəndaşlıqdan imtina etməli olurlar. Müsəlman olmaq və ya İslamı qəbul etmək də lazımdır.