İrəvanda Ermənistan hökumət binası yaxınlığında keçirilən aksiyada polis 46 nəfəri saxlayıb.

"Unikal" xəbər verir ki, hüquq-mühafizə orqanları etirazçıları saxlamaq üçün güc tətbiq edib - onları polis maşınlarına mindiriblər.

KİV-in məlumatına görə, Respublika meydanında vəziyyət gərgin olaraq qalır.

İrəvanın mərkəzi meydanında etirazçılar “Nikol satqındır” şüarı səsləndirirlər.

Nazirlər Kabinetinin binası yaxınlığında çəkilmiş görüntülərdə təhlükəsizlik qüvvələrinin girişi qoruyan bir neçə nəfəri izdihamın arasından çıxardığı görünür.

Respublika meydanındakı hökumət binası bir neçə sıra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri vətəndaşları sakit olmağa çağırsa da, onlarla mitinq iştirakçıları arasında vaxtaşırı atışmalar olur.

22:47

İrəvanın Respublika meydanında Ermənistanın Baş naziri Nikol Paşinyan əleyhinə keçirilən mitinq iştirkçıları paytaxtın mərkəzi küçələrini bağlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 

“Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan müxtəlif istiqamətlərə bir neçə qrup göndərib.

İştirakçılar şəhər meriyasının və İrəvan konyak zavodunun binasına tərəfə yönləndirilib.

Tevanyan özü tərəfdarları ilə Nalbandyan küçəsi boyunca kəsişmələri bağlamaq niyyətindədir.

Küçələrin bağlanması ilə bağlı əsas aksiya sabah saat 07:30-da başlayacaq, bundan sonra saat 10:00-da etirazçılar hökumət binasının qarşısında toplaşmağa hazırlaşırlar.

Bəzi yerlərdə polis onları saxlamağa başlayıb. Xüsusilə də həbslər Heratsi və Charents küçələrinin kəsişməsində baş verir. Bəzi hallarda polislə aksiya iştirakçıları arasında toqquşmalar baş verir.

20:25

Ermənistanda etirazlar səbəbindən İrəvan küçələrinə daxili qoşunlar - “qırmızı berelilər” yerləşdirilib.

"Unikal" erməni mediasına istinadən xəbər verir ki, Ermənistan paytaxtında gərgin vəziyyət yaranır.

Etirazçılar nəqliyyatın hərəkətinə mane olur, sürücülər kordonu yarmağa çalışır və yerlərdə toqquşmalar baş verir.