Fələstin prezidenti Mahmud Abbasın BMT Baş Assambleyasının (GA) 78-ci sessiyasında çıxışı zamanı İsrail nümayəndələri iclas zalını tərk ediblər.

"Unikal" xəbər verir ki, o, çıxışını bütünlüklə Fələstin-İsrail münaqişəsinə həsr edib, İsraili fələstinlilərə qarşı siyasətinə görə kəskin tənqid edib.

“Mən burada sizin qarşınızda dayanarkən, İsrailin irqçi ifrat sağ hökuməti xalqımıza hücum etməyə davam edir” deyən Abbas, İsrailin heç bir izahat vermədən ən azı 600 fələstinlinin cəsədini Fələstinə təhvil verməkdən imtina etdiyini bildirib.

Abbasın bu sözlərindən sonra İsrail nümayəndələri iclas zalını tərk ediblər.

Nuranə Abbasova