"Qızılbulaq" yatağı Azərbaycan Ordusunun nəzarətinə keçib.

"Unikal"ın məlumatına görə, bununla bağlı video görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə hərbçilərimizin "Qızılbulaq" mis-qızıl yatağına daxil olduğu əks olunur.

Xatırladaq ki, ötən il Ruben Vardanyan burada  Azərbaycanın dövlət strukturlarının monitorinq aparmasına mane olmuşdu. Bundan sonra ekoloji aksiya başlamışdı.