“Azərbaycan Silahlı Qüvvələri yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə özünü nümunəvi peşəkarlıqla aparıb”.
“Unikal” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT TŞ-də Qarabağla bağlı aparılan müzakirələr zamanı deyib.
Buna sübut olaraq fotoları göstərən nazir "Fotolardan göründüyü kimi, əgər məqsəd dinc sakinləri hədəf almaq və ya guya “etnik təmizləmə” aparmaq olsaydı, Azərbaycan Silahlı Qüvvələri başqa cür hərəkət edərdi" deyib.
Ceyhun Bayramov, həmçinin, erməni terroru nəticəsində şəhid olan polislərimizdən bəhs edib. O, son illərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə minlərlə mina basdırıldığını və bunun nəticəsində yüzlərlə mülki şəxsin öldüyünü qeyd edib.