Bakıda səhvən sirkə turşusu içən qadın ölüb.
"Unikal" xəbər verir ki, Binəqədi rayon ərazisində 1977-ci il təvəllüdlü Ayna Məhərləmova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 2 gün sonra o xəstəxanada ölüb.
Bildirilib ki, Ayna Məhərləmova evdə turşu bağlayan zaman səhvən sirkə turşusu içib.
Araşdırma aparılır.