Dünyanın ən dərin Marian çökəkliyində dəniz virusu aşkar edilib.

"Unikal" xəbər verir ki, virus Çin və Avstraliya alimləri tərəfindən aşkarlanıb.  Yeni virusa vB_HmeY_H4907 adını veriblər.

Tədqiqatın həmmüəllifi, Çinin Okean Universitetinin virusoloqu Minq Vanqın sözlərinə görə, vB_HmeY_H4907 dənizin dibindən təxminən 9000 metr dərinlikdə qaldırılan çöküntülərdə tapılıb. Alimlər genetik analiz aparıblar və aşkar ediblər ki, virus dünya okeanlarında geniş yayılmış, əvvəllər naməlum Suviridae viruslar ailəsinin bir hissəsidir.