Türkiyənin AnadoluJet aviaşirkətinin Boeing 737-800 təyyarəsi Rusiyanın Perm şəhərindəki hava limanında qəza enişi edib. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb.

Qeyd olunub ki, Antalyadan gələn təyyarənin göyərtəsində 174 nəfər olub. Xəsarət alan olmayıb. Bütün sərnişinlər təxliyə edilib.

Məlumata görə, "Bolşoy Savino" Hava Limanı hələ də bağlıdır. Fövqəladə vəziyyətin başvermə səbəbi müəyyənləşdirilir.

Ağarza Elçinoğlu