Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən "Linkə keçid et, hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin müraciətində bildirilib.
““Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın! Belə linklərə klikləməyin. Şəxsi məlumatlarınızı paylaşmayın. Heç bir ödəniş etməyin”, müraciətdə deyilir.