Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk dəfə təşkil olunan UEFA Millətlər Liqası çərçivəsində bu gün ilk oyununu keçirəcək.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli komanda ilk maçında Kipr yığması ilə qarşılaşacaq. Azərbaycan – Kipr qarşılaşmasını Moldovadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Elena Gobjilaya Natalia Ceban, Ana Ciobotaru yardım edəcək. Dördüncü hakim funksiyasını isə Oxana Cruc yerinə yetirəcək.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək oyun saat 17:00-da start götürəcək.