İrəvanda bir neçə gündür ki, hökumətin istefası tələbi ilə kütləvi etirazlar davam edir.

"Unikal" xəbər verir ki, Ermənistan polisi İrəvanda hökumət əleyhinə etiraz aksiyaları zamanı ümumilikdə 98 nəfəri saxlayıb. Bu barədə hüquq-mühafizə orqanının mətbuat xidmətindən məlumat verilib.
Saxlanılanların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə polisə aparılıb.

Sentyabrın 22-də səhər saatlarından etibarən İrəvan küçələrində etiraz aksiyaları keçirilir. Etirazçılara bir sıra universitetlərin tələbələri və müəllimləri də qoşulub.
Polis bir neçə dəfə nümayişçilərə qarşı güc tətbiq edib.

Xatırladaq ki, sentyabrın 20-dən Ermənistan hökumət binası qarşısında etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
 

16:38

Ermənistan polisi İrəvanda keçirilən etiraz aksiyaları zamanı 24 saat ərzində 84 nəfəri saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.  

Saxlanılanlar arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon, həmçinin daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın “impiçmenti”nə çağırış edən “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da var.

İrəvanda etiraz aksiyaları dördüncü gündür davam edir. Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı üçün insanlar onun istefasını tələb edərək küçələrə axışıb.

Gülayə Mecid