Türkiyə təhlükəsizlik qüvvələri "İslam Dövləti” (İŞID) terror təşkilatının partlayıcı maddələrdən istifadə etməklə terror aktları hazırlayan 10 silahlısını saxlayıb.

"Unikal" xəbər verir ki, Türkiyənin İzmir vilayətinin Bornova bölgəsində antiterror əməliyyatı zamanı 10 İŞID yaraqlısı saxlanılıb.

"Onlar partlayıcılardan istifadə etməklə ölkədə terror aktları planlayırlarmış", - deyə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya bildirib.