"Suriyanın şimalında Türkiyə ordusunun keçirdiyi əməliyyatlar təhlükəsizliyin təmin olunması məqsədi daşıyıb".

"Unikal" xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bu barədə türk mediasına müsahibəsində bildirib. 

"Ölkəmizdə 4 milyon suriyalı varsa və İdlibdə hər an qaçqına çevrilə biləcək 5 milyon əhali varsa, kiminsə deməsi ilə biz oradan çıxa bilmərik. Bunun üçün zəruri şərait olmalıdır. Konstitusiya qəbul olunmalı, seçkilər baş tutmalıdır. Elə bir hökumət qurulmalıdır ki, bütün insanları himayəsinə alsın. Belə olsa, çıxarıq", - deyə o qeyd edib.