İran parlamenti geyim qaydalarını pozan qadınlara qarşı sərt cəzalar nəzərdə tutan yeni qanunu təsdiqləyib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, baş örtüyü düzgün taxmayan qadınların 10 ilə qədər həbs olunmasına icazə verən qanunda kişilər üçün də tənzimləmə yer alıb. 

Sinəsi görünən və ya topuğundan yuxarı açıq-saçıq paltar geyinən kişilər də cəzalandırılacaq.

Bundan başqa, qanuna görə, ictimai yerlərdə çılpaq və ya yarıçılpaq görünən hər bir şəxs dərhal həbs ediləcək. Çılpaqlığı, hicab taxmamağı və ya uyğun olmayan geyimləri təbliğ etmək üçün xarici media və hökumətlərlə əməkdaşlıq edənləri də, yeni qanuna əsasən, 10 ilə qədər həbs gözləyir.

Baş örtüyünü ələ salan və ya təhqir edən şəxslər qanunla nəzərdə tutulmuş cərimədən əlavə iki ilədək müddətə ölkədən çıxa bilməzlər.

İranın qanunvericilik işlərinə nəzarət edən Nəzarət Şurası qanunu təsdiqləməlidir.