Gürcüstanın şərqindəki Kaxetidə 3,0 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytı məlumat dərc edib. 

Zəlzələnin ocağı Laqodexi şəhəri yaxınlığında, Tbilisidən 150 kilometr aralıda, 18 kilometr dərinlikdə yerləşib.

Bu, Gürcüstanda gün ərzində qeydə alınan ikinci zəlzələdir. 

***08:48

Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.