İrəvanın keçmiş meri Albert Bazeyan saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçi Vardan Xaçatryan açıqlayıb.
"Milli Təhlükəsizlik Xidməti Albert Bazeyanın evində axtarış aparılıb, sonra o, nəzarətə götürülüb. Bazeyan hazırda MTX-nın təcridxanasındadır və hələ də ona vəkili ilə görüşmək qadağandır", - deyə Xaçatryan qeyd edib.
Qeyd edək ki, bir qədər öncə MTX Ermənistan parlamentinin keçmiş sədr müavini, İrəvanın keçmiş meri Albert Bazeyanın evində axtarış aparıb.
Ağarza Elçinoğlu