"Ermənistan heç vaxt müttəfiqlik öhdəliklərini tərk etməyib".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

Baş nazir bildirib ki, İrəvan müttəfiqlərinə xəyanət etməyib: "Hadisələrin təhlili göstərir ki, bizim uzun illər arxalandığımız təhlükəsizlik sistemləri və müttəfiqlərimiz öz zəif yerlərimizi nümayiş etdirmək və erməni xalqının müstəqil dövlətə malik olmasının mümkünsüzlüyünə haqq qazandırmaq vəzifəsini qarşıya qoyublar. Müttəfiqlərimiz etik, əxlaq, öhdəlik və müqavilələri pozaraq, dost olmayan hərəkətlər etmək üçün təhlükəsizlik zəifliklərimizdən istifadə edirlər. Müstəqilliyimizi qoruyub saxlamaq üçün bütün tədbirləri görəcəyik.".

Ağarza Elçinoğlu