Polşa Ukrayna taxılının ehtiyacı olan ölkələrə ixracı üçün tranzit dəhlizləri hazırlayıb.

"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda deyib. 

O qeyd edib ki, fermerlərin əməyi sayəsində ölkə özünü təmin edir: "Bizə Ukraynadan taxıl lazım deyil. Müharibə zamanı onların məhsulu həqiqətən ehtiyacı olan ölkələrə çox az çatdı. Polşa tranzit dəhlizləri hazırlayıb. Bunun sayəsində Ukrayna taxıll Polşadan keçə və lazım olan yerə ixrac oluna bilər".

Dudanın sözlərinə görə, o, Ukraynadan taxıl satışına qoyulmuş qadağanın Polşada qalmasını düzgün qərar sayır. 

Ağarza Elçinoğlu