Roma Əsasnaməsinin ratifikasiyası qərarı heç bir halda KTMT və ya Rusiya Federasiyasına qarşı yönəlməyib, bu, bizim xarici təhlükəsizliyimizin maraqlarından irəli gəlir və belə bir qərarın qəbulu bizim suveren hüququmuzdur.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

"Ermənistan-Rusiya müttəfiqliyi Ermənistanın xarici təhlükəsizliyini təmin etmək üçün kifayət etmir: "KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının mexanizmləri Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün yetərli deyil", - baş nazir qeyd edib. 

Paşinyan həmçinin bildirib ki, Roma Əsasnaməsinin ratifikasiyası Ermənistana xarici təhlükəsizliyin təmin edilməsində Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarından istifadə etməyə imkan verəcək: "2022-ci ildə Roma Əsasnaməsini tətbiq etmək qərarına gəldik. Mən Ermənistanın baş naziriyəm, ona görə də müstəqilliyin müdafiəsi hərəkatına rəhbərlik edirəm, əgər baş nazir olmasaydım, bir vətəndaş kimi Ermənistanın müstəqilliyinin müdafiəsi hərəkatına rəhbərlik edən baş naziri izləyəcəkdim". 

Ağarza Elçinoğlu