Qarabağda indiyə qədər qanunsuz məskunlaşan ermənilərin ərazidən çıxarılması üçün humanitar dəhlizin yaradılması barədə məlumat verilmişdi. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq ilk qrup Azərbaycan ərazilərini tərk edib. Onların sayının 30 nəfər olduğu deyilir. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağda yaşayan ermənilərin qarşılanacağı ilə bağlı çıxış edib. Artıq onlar üçün Gorusda düşərgə yaradılıb. 

Ağarza Elçinoğlu