Türkiyə Ordusu Suriyanın şimalında "Barış pınarı" əməliyyatı bölgəsinə hücuma hazırlaşan 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. 

"Bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına layiq olduğu şəkildə müdaxilə edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz tərəfindən təsbit edilən 3 PKK/YPG terrorçusu məhv edilib. Suriyanın şimalındakı Sülh Pınarı bölgəsinə hücum etməyə hazırlaşırıq" – açıqlamada bildirilir.