Özünü elan etmiş Donetsk Xalq Respublikası ərazisində komendant saatı tətbiq edilib. 

"Unikal" xəbər verir ki, bu barədə DXR rəhbəri Denis Puşilin "sərəncam" imzalayıb. 

Qərara görə, vətəndaşların hər həftə bazar ertəsindən cümə gününə qədər, saat 23:00-dan 04:00-a kimi küçələrdə və digər ictimai yerlərə çıxması qadağan edilib. 

Məhdudiyyətlər təhlükəsizlik orqanlarının və bəzi xidmətlərin əməkdaşlarına şamil edilmir. 

Ağarza Elçinoğlu