İranın Kəşfiyyat Nazirliyi Tehranda eyni vaxtda 30 partlayış törətmək planının qarşısını alıb. 

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. 

Bildirilib ki, həmçinin ölkənin müxtəlif əyalətlərində 28 terrorçu həbs edilib: "Son günlər Tehran, Əlburz və Qərbi Azərbaycan əyalətlərində bir sıra eyni vaxtda keçirilən əməliyyatlar zamanı İranın kəşfiyyat qüvvələri yaşayış binalarında terrorçuların gizlənmiş bir neçə hücrəsinə və onların qruplarına hücum edib", - bəyanatda deyilir. 

Nazirlik həmçinin qeyd edib ki, həbs edilən cinayətkarlar İŞİD terror qruplaşması ilə əlaqədə olub, bəziləri isə əvvəllər Suriya və ya Əfqanıstan, Pakistan və İraq Kürdüstanı terrorşuları ilə əlaqədə olublar.

Terrorçulardan çoxlu sayda tapança, tüfəng, partlayıcı qurğu və nağd pul götürülüb.

Ağarza Elçinoğlu