Rusiyanın Sverdlovsk vilayətində avtobusla minik avtomobili toqquşub.
"Unikal" xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 22 nəfər xəsarət alıb, onlardan 15-i uşaqdır.
Qəzanın səbəbi polis orqanları tərəfindən aparılan araşdırmalara əsasən müəyyən ediləcək.