Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi açıqlayıb. 

Qeyd olunub ki, əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün Qarabağın silahlı birləşmələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib. 

Rusiya sülhməramlıları Qarabağın mülki əhalisinə humanitar yüklərin çatdırılmasını təmin ediblər. Ümumilikdə 125 ton ərzaq və 65 ton yanacaq məhsulları çatdırılıb.

Ağarza Elçinoğlu