Türkiyədən Ukraynaya gedən yük gəmisində Çanaqqala boğazında problem yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.
"İzmir-Ukrayna marşrutu ilə hərəkət edən 114 metr uzunluğundakı "ARTEY" yük daşıyıcısının sükanında nasazlıq yaranıb", - deyə qeyd olunub.
Kamerun bayraqlı gəmi İzmail limanına doğru gedirdi. Onu dartmaq mümkün olub, hadisə gəmilərin hərəkətində heç bir çətinlik yaratmayıb.
Ağarza Elçinoğlu