İtalyada Kosa Nostra mafi qrupunun liderlərindən biri Messina Denaro ölüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra İtaliyadakı həbsxanada 63 yaşında vəfat edib.

Denaro  2020-ci ilin sonunda ona diaqnoz qoyulan yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkib.

Bu ilin yanvarında tutularaq həbsxanaya salındıqdan sonra o, həbsxana xəstəxanasında müalicə alıb və iki dəfə əməliyyat olunub.