İrəvanda keçirilən etiraz aksiyalarında həbs olunanların sayı 168-ə çatıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlayıb. 

Qeyd edək ki, bir neçə gündür İrəvanda baş nazir Nikol Paşinyan əleyhinə keçirilən mitinqlər itaətsizlik aksiyalarına çevrilib. 

***10:53

"İrəvandakı etirazlarda saxlanılanların sayı 142-yə çatıb". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

***09:42

Bu gün səhər İrəvanda keçirilən aksiyalarla əlaqədar 53 nəfər saxlanılıb.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə İrəvan polisi məlumat yayıb. 

Bununla yanaşı, müxalifət tərəfdarları sentyabrın 25-də səhər saatlarından İrəvanın mərkəzindəki Saryan küçəsini bağlayıblar. Polis Ermənistan paytaxtının mərkəzində küçələri bağlayan fəalları həbs etməyə başlayıb.

Gülayə Mecid