Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl müqaviləsi, Qarabağ və Suriya ilə bağlı vəziyyəti müzakirə edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyində Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatında deyib. 

Bildirilib ki, Qarabağ nizamlanması prosesinin inkişafı və Suriyadakı mövcud vəziyyətə diqqət yetirilib.

Ağarza Elçinoğlu