Türkiyənin Şırnak və Diyarbəkir vilayətlərində həyata keçirilən əməliyyatlarda qırmızı və boz kateqoriyada axtarılan 2 terrorçu zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki,  bu  barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.  

O, "X" platformasında əməliyyatın görüntülərini paylaşaraq “Şəhidlərimizin qanı geridə qalmadı. 9 təhlükəsizlik əməkdaşımızın şəhid olduğu, 21 təhlükəsizlik əməkdaşımızın yaralandığı hadisələrdə bu terrorçular iştirak edib",-  yazıb.