Ermənistanda Respublikaçılar Partiyasından olan, keçmiş deputat Qaqik Minasyan da saxlanılıb. 

"Unikal" erməni mətbuatına  istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb İrəvanda keçirilən aksiyalarda iştirak etməsi olub. 

Qırmızı beretlilər tərəfindən saxlanılan eks-deputat polis bölməsinə aparılıb. 

Qeyd edək ki, sentyabrın 19-dan etibarən İrəvanda hökumət və baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyaları keçirilir. 

Gülayə Mecid