"Biz aksiyanı davam etdiririk, lakin iştirakçılar yenə qanunsuz olaraq saxlanılır". 

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bunu İrəvanda etiraz aksiyalarında iştirak edən parlamentin keçmiş vitse-spikeri, Ermənistan Respublika Partiyasının üzvü Eduard Şarmazanov jurnalistlərlə söhbətində deyib.    

Onun sözlərinə görə, müxalifətin Milli Komitəsinin çağırdığı aksiyalarda kifayət qədər insan iştirak etmir:

"100 min insan toplaşsa, onlar da (hüquq-mühafizə orqanları. - red) bizə dəstək olsalar, Nikol rədd olacaq", - deyə müxalifətçi əlavə edib.          

Qeyd edək ki, bəzi müxalif qüvvələrin çağırışı ilə səhər saatlarından etibarən əsasən İrəvanın mərkəzində bir sıra küçələri bağlanıb.   

Gülayə Mecid